“Jurnalistika və media birbaşa insan hüquqları ilə bağlı olduğuna görə media qanunvericiliyi məsələləri İnsan Hüquqları komitəsində müzakirə olunsa daha yaxşı olar”. Bu təkliflə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Məlumat azadlığı haqqında” qanuna dəyişikliklər edilməsi barədə müzakirələrdə çıxış edərkən bildirib. Deputat deyib ki, Azərbaycan media qanunvericilyi hələ də klassik qanunvericilik səviyyəsində qalıb: “Azərbaycan mediası ilə bağlı müəyyən qanunvericlik dəyişikliklərin edilməsinə ehtiyac var. Bu gün hələ də Azərbaycan media qanunvericiliyi klassik media qanunvericiliyində qalmaqdadır. Biz belə təkliflərlə çıxış etdikcə ayrı-ayrı beynəlxalq təşkilatlarda belə bir fikir yaranır ki, guya Azərbaycanda onlayn medianı məhdudlaşdırmaq istəyirik. Media qanunvericiliynə “bloq”, “bloqqer” kimi anlayışları salmalıyıq. Onların izahatlarını dəqiq verməliyik. Bu anlayışlar Azərbaycan media qanuvericiliyində ümumiyyətlə yoxdur”. Əgər internet media dövlətdən yardım istəyirsə, redaksiya və redaktor haqqında məlumatları mütləq müvafiq qurumlara tədqim etməlidir ki, yardımı ala bilsinlər. Bu gün bəzi xəbər portalları və saytları var ki, hələ də onların ünvanı və rəhbərliyi haqqında heç bir məlumat yoxdur. Həmin portallarda, saytlarda insanların şəxsiyyətləri alçadılır və təhqir olunur. Hüququ pozulmuş insanlar da bununla bağlı məhkəmələrə müraciət edəndə onun hüquqlarını pozan şəxsləri tapmaq olmur. Bu da nəticədə bu kimi hallanır çoxalmasına gəitirib çıxarır. Hesab edirəm ki, bununla bağlı ciddi ölçü götürülməli və addımlar atılmalıdır”-deyə Əflatun Amaşov bildirib.xeber100.com
–
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…