Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.Bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, iclası AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq bu yaxınlarda Rəyasət Heyətinin iclasında AMEA-nın və respublikamızın digər elmi-tədqiqat müəssisə və təşkilatlarında 2022-ci ilin elmi-tədqiqat işləri üzrə hesabatlarının hazırlanması ilə bağlı bir sıra məsələlər müzakirə olunduğunu və müvafiq vəzifələrin müəyyən edildiyini söyləyib. Bu məqsədlə verilən tapşırıqların icra vəziyyəti barədə söz açan İsa Həbibbəyli elmi-tədqiqat müəssisələrində və elmi təşkilatlarda illik hesabatların hazırlanması üçün bir sıra yeniliklərin tətbiq ediləcəyini diqqətə çatdırib.Akademik bildirib ki, əvvəlki illərdən fərqli olaraq Azərbaycan elmi qarşısında qoyulan yeni çağırışları əhatə edə biləcək yeni qaydalar hazırlanmalı, hesabat iclaslarının keçirilməsi və ümumi hesabatların təqdim olunması mərhələsində bu yeniliklər mütləq nəzərə alınmalıdır. Yekun elmi hesabatların cəmiyyətə dolğun və əhatəli şəkildə çatdırılmasının əhəmiyyətini vurğulayan akademik İsa Həbibbəyli ilkin olaraq şöbə və laboratoriyalarda aparılan müzakirələrdə institut rəhbərlərinin, elmi-tədqiqat müəssisələrinin elmi şuralarında isə müvafiq bölmələrin əvvəlcədən müəyyən edilmiş üzvünün, bölmələrin ümumi hesabat iclaslarında AMEA rəhbərliyinin iştirakının vacibliyini vurğulayıb. Qeyd edilib ki, hazırlanacaq hesabatlarda ənənədən müasirliyə keçilməsi, mövcud reallıqları özündə əks etdirə biləcək yeni qaydalara ciddi əməl olunması, elmi işlərə istinadların və yüksək indeksli jurnallarda çap olunmuş məlumatların təşviq edilməsi, elmi müəssisələrin və ayrı-ayrılıqda alimlərin müəyyən yaş kateqoriyaları üzrə elmi reytinqinin aparılması zəruri məsələlər sırasındadır.İclasda Milli Elmi İstinad Mərkəzinin yaradılması haqqında fikir mübadiləsi aparılıb. Müzakirələrdə akademiklər Arif Həşimov, Rasim Əliquliyev, Dilqəm Tağıyev, İradə Hüseynova, Gövhər Baxşəliyeva və Fəxrəddin Qədirov çıxış edərək məsələlər ətrafında öz fikir və mülahizələrini bildiriblər.İclasda doktorantura və magistraturaya qəbulla əlaqədar məsələlər də müzakirə edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…