Karate üzrə Azərbaycan milli komandası fevralın 14-16-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək Karate1 Premyer Liqa turnirində iştirak edəcək.Azərbaycan Milli Karate Federasiyasından Azərtac-a verilən məlumata görə, mövsümün ikinci yarışında federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə 14 idmançı mübarizə aparacaq.Kumite yarışlarında kişilər arasında Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə (hər ikisi 67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev, Pənah Abdullayev, Turqut Həsənov (hər üçü 84 kq) güclərini sınayacaqlar. Qadınlar arasında Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) yarışacaqlar.Kata üzrə yarışlarda idmançılarımızdan yalnız Roman Heydərov çıxış edəcək. Dubay Premyer Liqasını idarə edən referilər arasında beynəlxalq hakimlərimiz Cahangir Babayev və Vüqar Kərimov da olacaq.Bu nüfuzlu yarışda 85 ölkədən 571 karateçi mübarizə aparacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…