Yeniyetmə və gənc karateçilərimiz avqustun 20-22-də Finlandiyanın Tampere şəhərində Avropa çempionatında iştirak edəcəklər.Azərbaycan Milli Karate Federasiyasının (AMKF) mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, qitə çempionatında federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi milli komandanın heyətində 14-15 yaşlı yeniyetmələr arasında 10, 16-17 yaşlı gənclərdə 8, 18-21 yaşadək gənclər arasında isə 10 karateçi yer alıb.Turnirə kumite üzrə yeniyetmə və gənclərin baş məşqçisi Anar Allahverdiyev, böyük məşqçilərdən Seymur Xudaverdiyev, Nağı Mehdiyev, Şahin Atamov, Niyazi Əliyev və Anar Əhmədov (kata) yollanır.Beynəlxalq hakimlər Cahangir Babayev, Şahin Xudaverdiyev, Vüqar Kərimov və Mais Mədətov yarışın hakimləri arasında olacaq. Hakimlərdən dərəcəsini artırmaq üçün M.Mədətov, beynəlxalq kateqoriya almaq üçün isə Vüsal İsrafilov və Seymur Məmmədov Avropa Karate Federasiyasının (EKF) Hakimlər komitəsinə imtahan verəcəklər.Yeniyetmə və gənclərin 48-ci, 21 yaşadək gənclərin isə 13-cü Avropa çempionatında 45 ölkədən 1008 idmançı mübarizə aparacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…