Azərbaycan milli komandası hazırlıq çərçivəsində İran yığması ilə qarşılaşıb

24 Avqust 2022 09:43

Xəbər 357 dəfə oxunub

İranın Yazd şəhərində təlim-məşq toplanışını davam etdirən çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində İran yığması ilə qarşılaşıb.Qarşılaşma İran komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.Millimizin heyətində Elçin Qasımov və Ramil Əliyev fərqləniblər.Komandamız avqustun 24-də və 25-də İran yığmasına qarşı daha iki yoldaşlıq oyunu keçirəcək.xeber100.com