Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoldaşlıq oyununu keçirib

6 İyun 2022 12:03

Xəbər 342 dəfə oxunub

Bakıda təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 3:2 hesablı qələbə qazanıb.U-20-in hər üç qolunu biri penaltidən olmaqla Camal Cəfərov vurub. Komandalar arasında növbəti oyun iyunun 7-də keçiriləcək.xeber100.com