Azərbaycan milli komandası ikinci yoxlama oyununu keçirib

24 Mart 2022 19:02

Xəbər 377 dəfə oxunub

Sloveniyada təlim-məşq toplanışını başa vuran 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib.Sloveniyalı yaşıdları ilə qarşılaşan komandamız 1:2 hesabı ilə məğlub olub.Millimizin heyətində Nəriman Axundzadə fərqlənib.Qeyd edək ki, komandalar arasında iki gün əvvəl keçirilmiş görüş 1:0 hesabı ilə rəqib komandanın xeyrinə nəticələnmişdi.xeber100.com