Azərbaycan milli komandası növbəti oyununu keçirib

7 Sentyabr 2021 13:49

Xəbər 359 dəfə oxunub

İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.Səfərdə Avstriyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 0:6 hesabı ilə məğlub olub.Azərbaycan millisi qrupdakı ilk görüşündə səfərdə Xorvatiyaya 0:2 hesabı ilə uduzub.xeber100.com