Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib

5 May 2023 15:10

Xəbər 369 dəfə oxunub

Antalyada təlim-məşq toplanışı davam etdirən çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.

AFFA-nın rəsmi saytı xəbər verir ki, Türkiyə millisinə qarşı oyun 4:2 hesabı ilə rəqib komandanın xeyrinə nəticələnib.

Millimizin heyətində Elşad Manafov və Orxan Məmmədov fərqləniblər.

Komandalar arasında növbəti oyun bu gün keçiriləcək. İlk oyunda da Türkiyə millisi 4:3 hesablı qələbə qazanıb.xeber100.com