Azərbaycan milli komandası Türkmənistan yığması ilə qarşılaşıb

14 May 2017 13:07

Xəbər 662 dəfə oxunub

Mayın 13-də Bakı Tennis Akademiyasında keçirilən “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının tennis yarışında kişi və qadın komandaları mübarizə aparıblar.Azərtac xəbər verir ki, qadınların yarışında Azərbaycan milli komandası Türkmənistan yığması ilə qarşılaşıb. Tennisçilərimiz iki oyunda məğlub olublar. Cütlüklər arasında baş tutan oyunda isə idmançılarımız əzmkarlıq nümayiş etdirərək qalib gəlsələr də, ümumi hesab rəqibin xeyrinə başa çatıb – 1:2Qadınların komanda yarışının “A” qrupunda növbəti görüş Pakistan və Türkiyə komandaları arasında oynanılıb. Fərdi yarışlarda türkiyəli tennisçilər hər iki görüşdə 2:0 hesabı ilə üstün olublar. Belə ki, Başak Eraydın Uşna Suhailə, Ayla Aksu isə Sara Mansura qalib gəliblər. Cütlüklərin yarışında türkiyəli Melis Sezer-Berfu Çengiz U.Suhail-S.Mansur duetini məğlub edərək ümumi hesabda təmiz qələbəni təmin ediblər – 3:0Kişilərdən ibarət komandaların görüşündə isə fərdi yarışlarda türkiyəli tennisçilər Altuğ Çelikbilek və Anıl Yüksək müvafiq olaraq, türkmənistanlı idmançılar Georgi Poçay və Atlumurat Qurbanova 2:0 hesabı ilə qalib gəliblər. Cütlüklərin mübarizəsində isə İlhan Sarp Ağabigün-Muhammet Haylaz (Türkiyə) dueti türkmənistanlı cütlük Georgi Poçay-Yuri Roqquskiyi 2:0 hesabı ilə məğlub edib. Beləliklə, görüş Türkiyə millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.“B” qrupunda isə Pakistan tennisçiləri İordaniya komandasından üstün olublar. Fərdi yarışlarda pakistanlı Aqil Xan rəqibi Seif Adasa qalib gəlib – 2:0. Digər görüş də Pakistan təmsilçisi Muhammad Abidin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Cütlüklərin yarışında da sevinən tərəf pakistanlı tennisçilər olub. A.Xan-M.Abid dueti Musa Alkatop-Hamza Əl-Əsvad cütünə 2:0 hesabı ilə qalib gəlib. Yekun nəticədə Pakistan millisi İordaniya yığmasını 3:0 hesabı ilə məğlub edib.Azərbaycanın kişilərdən ibarət komandası isə Qətər təmsilçiləri ilə üz-üzə gəlib.Gərgin idman mübarizəsi şəraitində keçən görüş Qətər millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. “B” qrupunda yer alan Azərbaycan komandası növbəti oyununu İordaniyaya qarşı keçirəcək.Ötən gün kişilərin yarışında əlverişsiz hava şəraitinə görə təxirə salınan İordaniya-Qətər, Türkmənistan-Özbəkistan qarşılaşmaları da bu gün oynanılıb. Baş tutan cütlüklərin oyununda Özbəkistan Türkmənistana (2:1), İordaniya isə Qətərə (2:1) qalib gəliblər.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02