Azərbaycan milli komandasının baş məşqçisi müəyyənləşib

14 Sentyabr 2017 11:44

Xəbər 908 dəfə oxunub

Məşqçilər Komitəsinin təklifinə əsasən, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi müəyyənləşib.AFFA-dan Azərtac-a bildirilib ki, Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində oktyabr və noyabr aylarında keçirəcəyi oyunlar üçün baş məşqçisi vəzifəsi müvəqqəti olaraq Samir Ələkbərova həvalə olunub.Baş məşqçinin qərarına əsasən, bu müddət üçün Aslan Kərimov və Cahangir Həsənzadə köməkçi-məşqçi vəzifəsinə təyin ediliblər.xeber100.com