Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq

19 Avqust 2019 13:11

Xəbər 541 dəfə oxunub

Avqustun 25-dən 28-dək futzal üzrə Azərbaycan milli komandasının Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışı olacaq.Azərbaycan Futzal Federasiyasından Azərtac-a bildiriblər ki, millimiz avqustun 26-da və 28-də Belarus yığması ilə yoldaşlıq oyunları keçirəcək. İlk oyun Minsk, digər matç isə Borisov şəhərində təşkil olunacaq.Qeyd edək ki, milli oktyabrın 22-dən 27-dək Bakıda təşkil olunacaq dünya çempionatının əsas mərhələsinin qrup oyunlarında Slovakiya, Moldova və Monteneqro yığmaları ilə qarşılaşacaq.xeber100.com