Azərbaycan milli komandasının Türkiyədə təlim-məşq toplanışı davam edir

12 Aprel 2021 10:43

Xəbər 508 dəfə oxunub

Kişi basketbolçulardan ibarət Azərbaycan milli komandasının Türkiyədə təlim-məşq toplanışı davam edir.Azərtac xəbər verir ki, baş məşqçi Samit Nuruzadənin rəhbərliyi altında millimiz İzmir şəhərində hazırlıq keçir.Millimizin təlim-məşq toplanışı çərçivəsində yerli klublarla 4 yoldaşlıq oyunu keçirib və 2-sində qələbə qazanıb.Hazırlıq prosesinə aprelin 19-da yekun vurulacaq.Təlim-məşq toplanışı 3×3 basketbol üzrə Avropa çempionatının təsnifat mərhələsinə və Konyada təşkil olunacaq İslam Həmrəyliyi Oyunlarına hazırlıq xarakteri daşıyacaq.xeber100.com