Paracüdo üzrə Azərbaycan komandası İtaliyanın Genuya şəhərində keçirilən Avropa çempionatında 10 medal qazanıb.Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, çempionatda 1 qızıl, 4 gümüş və 5 bürünc medala sahib olan komandamız medal sayına görə ikinci yerdə qərarlaşıb.Qızıl medalı ölkəmizin aktivinə qadınların yarışında 63 kiloqram çəki dərəcəsində mübarizə aparan Xanım Hüseynova yazdırıb. Sevda Vəliyeva (57 kq) və Dürsədəf Kərimova (70 kq) gümüş, Səbinə Abdullayeva (52 kq) bürünc medallara layiq görülüblər.Kişilərin yarışında Bayram Mustafayev (66 kq) və İlham Zəkiyev (+100 kq) Avropa çempionatında yalnız finalda uduzaraq gümüş medallarla kifayətlənməli olublar. Bürünc medalları isə ölkəmizə Namiq Abbaslı (66 kq), Ramil Qasımov (73 kq), Hüseyn Rəhimli (83 kq) və Kənan Abdullaxanlı (100 kq) yazdırıblar.İdmançılarımız bu nailiyyət sayəsində “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına qatılmaq şanslarını daha da möhkəmləndiriblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…