Azərbaycan Milli Paralimpiya Komitəsinin məlumatına görə…

24 Fevral 2020 13:37

Xəbər 527 dəfə oxunub

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) kişilərdən ibarət cüdo komandası Tbilisidə keçirilən dünya kuboku yarışlarında uğurla çıxış edib.AMPK-dan Azərtac-a bildiriblər ki, 15 ölkədən idmançıların iştirak etdiyi yarışda millimiz 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.Qızıl medalı ölkəmizin aktivinə Hüseyn Rəhimli (81 kq) yazdırıb. Rövşən Səfərov (90 kq) gümüş, Murad Əliyev (60 kq) və Namiq Abbaslı (66 kq) isə bürünc medala sahib olublar.xeber100.com