Sentyabrın 5-də Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) təşkilatçılığı ilə Bakı Olimpiya İdman Kompleksində Paralimpiya və Olimpiyaçı idmançıların iştirakı ilə kamandan oxatma növü üzrə “Birlik kuboku” açıq yarışı keçirilib.AMPK-dan Azərtac-a bildiriblər ki, yarışda komitənin prezidenti İlqar Rəhimov, baş katib Kamal Məmmədov, idman şöbəsinin müdiri, eyni zamanda, “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcək milli komandanın şef-de-missionu Rauf Mürsəlov, Azərbaycan Kamandan Oxatma Federasiyasının nümayəndələri iştirak ediblər.Gənclər və İdman Nazirliyinin tövsiyəsi ilə yarış açıq hava şəraitində keçirilib. Kubok yarışlarında 20 idmançı mübarizə aparıb.Qeyd edək ki, “Birlik kuboku” COVID-19 koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilmiş sərt karantin rejimindən sonra paralimpiyaçıların iştirakı ilə keçirilən ilk yarışdır. Turnir Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına riayət edilməsi üçün yaradılmış xüsusi işçi qrupunun nəzarəti altında keçirilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…