“Avro-2023”ün təsnifat mərhələsinin D qrupunda mübarizə aparan qadın voleybolçulardan ibarət Azərbaycan millisi avqustun 28-də Avstriya yığması ilə qarşılaşacaq. Oyunu idarə edəcək hakimlər müəyyənləşib.Avropa Voleybol Konfederasiyasının saytı xəbər verir ki, Bakıda Voleybol Mərkəzində təşkil olunacaq oyunun baş hakimi türk Meryem Tekol Pelenk olacaq. Ona serbiyalı Dejan Rogiç kömək edəcək.Milli komandamız D qrupunda Avstriya, Gürcüstan və Sloveniya seçmələri ilə birgə mübarizə aparır. Voleybolçularımız ilk iki görüşünü qələbə ilə başa vurublar. Belə ki, komandamız Gürcüstana həm evdə, həm də səfərdə 3:0 hesabı ilə qalib gəlib.Ümumilikdə qruplarda birinci və ikinci yeri tutacaq kollektivlər final mərhələsinə yüksələcəklər.Qeyd edək ki, “Avro-2023”ün final mərhələsinə Belçika, İtaliya, Estoniya və Almaniya ev sahibliyi edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…