Futbol üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində ilk xalını qazanıb.Sentyabrın 4-də millimiz A qrupundakı dördüncü oyununda İrlandiya yığmasının qonağı olub.Dublin şəhərindəki “Aviva” stadionunda keçirilən görüşdə İrlandiya yığmasının start heyətində Qavin Bazunu, Şeymus Koulman, Şeyn Daffi, Con Eqan, Joş Kullen Mett Doerti, Ceyson Molumbi, Jayson Molumby, Aaron Connoly, Troy Parrot və Adam İdah yer alıblar.Azərbaycan millisinin heyətində meydana Şahruddin Məhəmmədəliyev, Höccət Haqverdi, Maksim Medvedev, Elvin Bədəlov, Anton Krivotsyuk, Emin Mahmudov, Qara Qarayev, Toral Bayramov, Mahir Emreli, Filip Ozobiç və Namik Ələskərov çıxıblar.Fransadan olan FIFA referisi Jerom Brisarın idarə etdiyi oyunda qalib müəyyənləşməyib – 1:1. İlk hissəyə əlavə olunmuş vaxtda futbolçumuz Emin Mahmudov baxımlı qola imza atıb. Matçın 87-ci dəqiqəsində İrlandiya millisinin üzvü Şeyn Duffi hesabı bərabərləşdirib.Beləliklə, Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində ilk xalını qazanıb. Komandamız hazırda 1 xalla 4-5-ci yerləri bölüşür.Yığmamız növbəti oyununu sentyabrın 7-də Bakıda Portuqaliya seçməsinə qarşı keçirəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…