Azərbaycan millisi ilk təlim-məşq toplanışına start verib

19 Yanvar 2020 21:38

Xəbər 519 dəfə oxunub

Qadın boksçulardan ibarət Azərbaycan millisi yeni ilin ilk təlim-məşq toplanışına start verib.Azərbaycan Boks Federasiyasından Azərtac-a verilən məlumata görə, komandamız baş məşqçi Elbrus Rzayevin rəhbərliyi ilə Abşeron Olimpiya İdman Kompleksində bir araya gəlib.Hazırlığa 8 boksçu dəvət olunub. Gündə 2 dəfə keçirilən məşqlərdə əsas diqqət funksional hazırlığa yönəlib. Komanda sonradan kişi boksçulardan ibarət yığma ilə birgə məşq edəcək.Toplanış Tokio Yay Olimpiya Oyunlarına lisenziya veriləcək turnirlərə hazırlıq xarakteri daşıyır.xeber100.com