Azərbaycan millisi növbəti oyununu keçirib

10 İyun 2018 19:23

Xəbər 655 dəfə oxunub

Azərbaycan millisi ötən gün növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız Latviya ilə yoxlama oyununda qüvvəsini sınayıb.Səfərdə oynayan Qurban Qurbanovun yetirmələri Millətlər Liqasına hazırlıq çərçivəsində son sınağını Riqada gerçəkləşdirib. Bu matça qədər bu il keçirdiyi 5 qarşılaşmada yalnız bir qələbəsi olan komandamız azarkeşlərini sevindirməyi bacarıb.Oyuna fəal başlayan komandamız yekunda 3:1 hesablı qələbə qazanıb.Yığmamızın heyətində Maksim Medvedev, Cavid İmamverdiyev və Emin Mahmudov fərqlənib.xeber100.com