Azərbaycan millisi Rusiya yığması ilə qarşılaşacaq

30 Yanvar 2020 11:59

Xəbər 585 dəfə oxunub

Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının elit-raund mərhələsində bu gün növbəti oyununu keçirəcək.Azərtac xəbər verir ki, millimiz Xorvatiyanın Osiek şəhərindəki “Qradski vrt Arena”da Rusiya yığması ilə qarşılaşacaq.Bakı vaxtı ilə saat 20:00-da başlayacaq oyun “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq. Görüşü italiyalı hakimlər – Alessandro Malfer, Angelo Galante və Chiara Perona idarə edəcəklər.Millimiz ilk oyununda Xorvatiya komandasına məğlub olub – 0:2.xeber100.com