Oktyabrın 2-də qadın voleybolçulardan ibarət Azərbaycan millisi Yaponiyada keçirilən dünya çempionatında Rusiya yığması ilə qarşılaşıb.Azərtac xəbər verir ki, oyun Rusiya voleybolçularının 3:0 (25:21, 25:21, 25:22) hesablı qələbəsi ilə başa çatıb.Baş məşqçi Faiq Qarayevin yetirmələri hazırda üç xalla “C” qrupunda dördüncü sıradadırlar. Rusiya bu qalibiyyətdən sonra xallarını səkkizə çatdıraraq qrupda liderliyə yüksəlib. Tur çərçivəsində qrupun digər oyunlarında Trinidad və Tobaqo komandası Tailand yığması ilə görüşür. Dünya çempionu ABŞ voleybolçuları isə bu gün Koreya Respublikası ilə üz-üzə gələcək.Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 3-də Trinidad və Tobaqo yığması ilə görüşəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 08:40-da başlayacaq.“C” qrupunda Azərbaycan, Rusiya, ABŞ, Tailand, Trinidad və Tobaqo, Koreya Respublikası yığmaları mübarizə aparırlar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…