Azərbaycan millisinin daha bir boksçusunun rəqibi müəyyənləşib

12 May 2017 12:05

Xəbər 626 dəfə oxunub

IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan millisinin daha bir boksçusunun rəqibi müəyyənləşib. Turnirdə 60 kiloqram çəki dərəcəsində mübarizə aparacaq Cavid Çələbiyev 1/4 finalda Hakan Doğanla (Türkiyə) üz-üzə gələcək.Azərtac xəbər verir ki, dünya çempionumuzun rəqibi bu gün keçirilən 1/8 final döyüşündə müəyyənləşib. Yoel Volliamsonu (Qayana) mübarizədən kənarlaşdıran türkiyəli ilk mərhələdən azad olan təmsilçimizlə qarşılaşmaq hüququ əldə edib.C.Çələbiyevin türkiyəli boksçu ilə görüşü mayın 14-də olacaq.xeber100.com