Boks üzrə Avropa çempionatında Azərbaycan millisinin daha 4 üzvünün ilk rəqibi müəyyənləşib.Azərtaac xəbər verir ki, 52 kiloqram çəki dərəcəsində ölkəmizin idman şərəfini qoruyacaq Elvin Məmişzadə 1/8 finalda Manuel Fabritsio Kappai (İtaliya) ilə üz-üzə gələcək.Dünya çempionumuzun rəqibinin adı yarışın ikinci günü məlum olub. 1/16 finalda macarıstanlı İstvan Şakanı 4:1 hesabı ilə məğlub edən italiyalı mərhələ adladığından 1/8 finalda Elvin Məmişzadə ilə qarşılaşacaq. İlk mərhələdən azad olan E. Məmişzadə Kappai ilə iyunun 19-da döyüşəcək.Ukraynanın Xarkov şəhərində keçirilən qitə birinciliyində 56 kiloqram çəki dərəcəsində rinqə çıxacaq Tayfur Əliyev debütdə İrlandiya təmsilçisi Antoni Ceyms Uolkerlə gücünü yoxlayacaq. Təmsilçimizin rəqibi 1/16 finalda gürcüstanlı Severlan Çiladzeyə qalib gəlib – 5:0. Əliyevlə Uolkerin döyüşü iyunun 20-də baş tutacaq.69 kq çəki dərəcəsində mübarizə aparacaq Pərviz Bağırov 1/8 finalda Bolqarıstan boksçusu Simyon Çamov ilə qüvvəsini sınayacaq. Həmyerlimizin rəqibinin adına 1/16 final döyüşündən sonra aydınlıq gəlib. 5:0 hesablı qələbə sayəsində belçikalı Anas Messaudini mübarizədən kənarlaşdıran bolqarıstanlı ilk mərhələdən azad olan P.Bağırovla qarşılaşmaq hüququ əldə edib. P.Bağırovun ilk görüşü iyunun 19-da olacaq.Abdulqadir Abdullayev (91 kq) isə startda şotlandiyalı Şott Antoni Forresti sınağa çəkəcək. Bu boksçu 1/16 finalda serbiyalı Zoran Radiçi 5:0 hesabı ilə məğlub edib. Təmsilçimizin şotlandiyalı ilə qarşılaşması iyunun 20-də keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…