Azərbaycan millisinin keçirəcəyi oyunların stadionları müəyyənləşib

13 Aprel 2022 13:55

Xəbər 443 dəfə oxunub

İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin keçirəcəyi oyunların stadionları müəyyənləşib.Millimiz iyunun 3-də, Parnu şəhərindəki “Parnu Rannastaadion”da Estoniya, iyunun 7-də isə Helsinkidə, “Helsinki Football Stadium”da Finlandiya yığması ilə qarşılaşacaq.Estoniya ilə oyun saat 20:00-da, Finlandiya yığması ilə qarşılaşma isə 17:00-da başlayacaq.xeber100.com