Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının final mərhələsindəki rəqibləri müəyyənləşib.Azərtac xəbər verir ki, avqustun 18-dən sentyabrın 4-dək keçiriləcək qitə yarışın həlledici mərhələsinə Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiya ev sahibliyi edəcək. Serbiyanın paytaxtı Belqradda keçirilən püşkün nəticəsinə əsasən, komandamız “A” qrupunda yarışacaq. Voleybolçularımızın rəqibləri Serbiya, Rusiya, Belçika, Fransa, eləcə də Bosniya və Herseqovina yığması olacaq. Seçməmizin oyunları Belqraddakı “Ştark Arena”da keçiriləcək. İştirakçılar hərəsində 6 komanda olmaqla, 4 qrupda mübarizə aparacaqlar.”B” qrupunda Bolqarıstan, Polşa, Almaniya, İspaniya, Çexiya, Yunanıstan, “C” qrupunda Xorvatiya, İtaliya, Belarus, Slovakiya, Macarıstan, İsveçrə, “D” qrupunda isə Rumıniya, Türkiyə, Hollandiya, Ukrayna, Finlandiya və İsveç yığmaları yer alıb.Qruplarda ilk 4 yeri tutan komandalar növbəti mərhələyə yüksələcəklər.Pley-off və dörddəbir final mərhələsinin görüşləri Belqrad və Plovdiv şəhərlərində təşkil olunacaq. Mükafatlar uğrunda matçlar isə Serbiyada keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…