Oktyabrın 27-də Bakıda ənənəvi Azərbaycan Mühasiblər Forumu (“AAF-2017”) keçiriləcək.Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasından (ARPA) Azərtac-a bildiriblər ki, forumun əsas mövzusu “Maliyyə Hesabatlarının Beynəlxalq Standartı 9 (MHBS-9/IFRS 9): tətbiqi və çağırışlar”dır. Tədbirdə 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək “MNBS-9″un ölkəmizin bank-maliyyə sektorunda tətbiqi ilə bağlı yarana biləcək çətinliklər və üstünlüklər müzakirə ediləcək. Forumda dövlət qurumlarından və Böyük Dördlüyə daxil olan audit şirkətlərindən – “Deloitte”, “PwC”, “EY” və s. təşkilatlardan olan yerli və beynəlxalq ekspertlərin çıxışı nəzərdə tutulub.Xatırladaq ki, 2009-cu ildən fəaliyyət göstərən ARPA ölkədə maliyyə və idarəetmə sahəsində, xüsusilə mühasibatlıq və risklərin idarə olunması istiqamətlərində mədəniyyətin zənginləşməsinə təkan vermək və bu yolla Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafına töhfə vermək məqsədilə yaradılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…