Rusiyanın paytaxtı Moskvada Azərbaycan neftçiləri gününə həsr edilən “Neft Buruğu” art-obyektinin açılışı olub.
Rusiya bürosu xəbər verir ki, “SOCAR-RUS” tərəfindən Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzindəki “Azərbaycan” pavilyonunda qoyulan art-obyektin açılışı Moskva gününə həsr olunan tədbir çərçivəsində baş tutub.
Pavilyonun direktoru Səadət Kadırova “Neft Buruğu” art-obyektinin pavilyonun qonaqlarının heyranlığına səbəb olduğunu deyib.
“Azərbaycanın əsas sərvətlərindən biri neftdir. Biz bu sənət obyektini 20 sentyabrda qeyd olunan Azərbaycan Neftçiləri Günü ərəfəsində Moskva sakinləri və qonaqlarına təqdim etməkdən çox məmnunuq”.
Bayram tədbiri çərçivəsində ziyarətçilərə Azərbaycan xalq rəqsləri, “Məhəndi” ənənəvi xına rəsmləri üzrə ustad dərsləri, milli rəqslər üzrə təlimlər, pavilyonla bağlı tematik ekskursiyalar, Azərbaycan pavilyonunun və tərəfdaşlarının hədiyyəli viktorinaları təqdim olunub.
Həmçinin mini yarmarkada qonaqlara kəklikotu, hil və mixəkli ənənəvi Azərbaycan çayı təqdim edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…