Azərbaycan Milli Nevroloqlar Assosiasiyasının təşkilatçılığı ilə…

17 Dekabr 2019 13:45

Xəbər 738 dəfə oxunub

Bakıda Azərbaycan Milli Nevroloqlar Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan Nevrologiya Həftəsi keçirilir.Azərtac xəbər verir ki, həftə çərçivəsində I Azərbaycan Uşaq Nevroloqları Konfransı, VII Azərbaycan Nevroloqları Konfransı, Türkdilli ölkələrin IV Beynəlxalq Nevrologiya Konqresi və “EPNS” tədris kurslarıın keçirilməsi nəzərdə tutulub.Gənc mütəxəssislər üçün Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda, akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzində, Uşaq Nevroloji Xəstəxanasında və akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında keçirilən təlim kurslarında ölkəmizin aparıcı mütəxəssisləri “İnsult baş verdikdə nə etməliyəm?”, “Neyrooftalmologiya”,“Genetik xəstəliklərin müasir molekulyar-genetik diaqnostika üsulları”, “Klinik elektroensefaloqrafiyanın təməl aspektləri”, “Müasir elektromioqrafiyanın sinir xəstəliklərinin diaqnostikasında əhəmiyyəti” mövzularını dinləyicilərə izah edərək qarşıya çıxan problemlərin həlli yollarını göstəriblər.Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya və klinik neyrofiziologiya kafedrasının müdiri, Azərbaycan Milli Nevroloqlar Assosiasiyasının sədri, professor Rəna Şirəliyevanın rəhbərliyi ilə kafedra əməkdaşları kursların aparılmasında fəal iştirak edirlər. Kurslara 100-ə yaxın gənc mütəxəssis cəlb olunub.Nevrologiya Həftəsi dekabrın 20-dək davam edəcək.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05