Azərbaycan nümayəndə heyətinin rəsmi yolasalma mərasimi…

18 İyul 2016 13:34

Xəbər 1306 dəfə oxunub

“Avqustun 5-də Braziliyanın Rio-de-Janeyro şəhərində başlayacaq XXXI Yay Olimpiya və XV Paralimpiya Oyunlarında idmançılarımızın ölkəmizi ləyaqətlə təmsil edəcəklərinə əminəm”. Apa-nın xəbərinə görə, bunu ölkə başçısı Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin rəsmi yolasalma mərasimindəki çıxışında deyib. İlham Əliyev Yay Olimpiya Oyunlarında Azərbaycanın 56 idmançı ilə təmsil olunacağını deyən dövlətimizin başçısı budəfəki Oyunlara 57 lisenziyanın qazanıldığını diqqətə çatdırdıb. Ötən dövrdə idmançılarımızın beynəlxalq yarışlarda yüksək səviyyədə iştirak etdiyini, Olimpiya Oyunlarında uğurlu nəticələr qazandığını deyən dövlət başçısı bildirib ki, Azərbaycan idman dövlətidir və ölkəmizdə idmanın inkişafı ilə bağlı məqsədyönlü siyasət aparılır. “Düşünülmüş siyasət idmanı Azərbaycan cəmiyyətində önəmli amilə çevirib”, – deyən prezident cəmiyyətdə idmançıların layiqli yer tutduğunu və idmanla məşğul olmaq istəyənlərin sayının getdikcə artdığını vurğulayıb.xeber100.com