Bakıda keçirilən Azərbaycan-Pakistan işgüzar görüşü çərçivəsində hər iki ölkənin hökuməti 3 əsas sahə üzrə razılığa gəlib.Azərtac xəbər verir ki, bu barədə Pakistan İslam Respublikasının ticarət naziri Xürrəm Dastgir Xan jurnalistlərə açıqlamasında deyib.Nazir qeyd edib ki, birinci sahə Azərbaycan və Pakistan hökumətləri arasında imtiyazlı şərtlərlə ticarətin aparılması ilə əlaqədardır ki, bu istiqamətdə işlərin aparılması üçün birgə işçi qrupu yaradılacaq. İşçi qrupu imtiyazlı şərtlərlə ticarət olunan məhsulların siyahısını tərtib edəcək. İkinci sahə hər iki ölkənin biznes dairələri arasında birbaşa əlaqə və Pakistan-Azərbaycan birgə müəssisələrinin yaradılması ilə bağlıdır. “Hesab edirəm ki, əczaçılıq, toxuculuq, kənd təsərrüfatı və energetika sahələrində fəaliyyət göstərən birgə müəssisələrin yaradılması üçün gözəl imkanlar mövcuddur”, – deyə nazir diqqətə çatdırıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…