Bu həftə Azərbaycan Premyer Liqasında 2021/2022-ci il mövsümü start götürəcək. Sayca 30-cu olacaq ölkə çempionatı yubiley xarakteri daşıyır. 1992-ci ildən keçirilən yarışda indiyədək 60 klub mübarizə aparıb. Onlardan yalnız ikisi – “Neftçi” və “Qarabağ” bütün mövsümlərdə mükafatlar uğrunda mübarizə aparıb.Azərtac Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, əvvəlki 29 çempionatın ümumi cədvəlinə “Neftçi” və “Qarabağ” başçılıq edir. Qələbəyə görə üç xalın hesablandığı cədvəldə “Neftçi” 1-ci, “Qarabağ” 2-cidir. Bakı klubunu Ağdam təmsilçisindən cəmi üç xal ayırır. 3-cü sırada qarşıdakı mövsümün daha bir iştirakçısı “Keşlə” qərarlaşıb. Liderlər cari mövsümdə 1-ci yer uğrunda öz aralarında mübarizə aparacaqsa, 3-cü pillənin dəyişəcəyi gözlənilmir.İlk onluqda mövsümün daha bir iştirakçısı “Qəbələ” də var. “Keşlə” kimi “qırmızı-qaralar”ın da mövqeyi dəyişməz qalacaq.14-cü olan “Sumqayıt” iki pillə irəliləmək şansına malikdir. Digər klubların irəliləmək imkanları daha çoxdur. 19-cu olan “Zirə” də, 30-cu olan “Səbail” də, 37-ci olan “Sabah” da 2021/2022-ci il mövsümünün nəticələrinə əsasən ümumi sıralamada xeyli irəliləyə bilər.Qeyd edək ki, texniki nəticələr cədvəldəki top fərqinə daxil edilməyib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…