Avqustun 4-də Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünə start verilib.
“Dalğa Arena”da keçirilən mövsümün açılış oyununda “Araz-Naxçıvan” I tur çərçivəsində “Turan Tovuz”u qəbul edib. Birinci hissədə qapılara qol vurulmayıb. Qarşılaşmada hesab 53-cü dəqiqədə açılıb. Tovuz təmsilçisinin hücumçusu Martin Petkov fərqlənib. Bolqarıstanlı forvard həm də mövsümdə ilk qolun müəllifi olub.
Hesab arasındakı fərq 67-ci dəqiqədə iki topa çatıb. Bu dəfə nigeriyalı ön xətt oyunçusu Otto Con naxçıvanlıları mərkəzə dəvət edib. Görüşdə son nöqtəni Martin Petkov qoyub. 87-ci dəqiqədə dublunu rəsmiləşdirən yeni transfer “Turan Tovuz”a böyükhesablı qələbə qazandırıb – 3:0.
Qeyd edək ki, I tur çərçivəsində avqustun 5-də “Səbail” – “Sumqayıt” (18:30), “Qarabağ” – “Zirə” (21:00), ayın 6-da isə “Kəpəz” – “Neftçi” (17:00) və “Sabah” – “Qəbələ” (20:00) matçları oynanılacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…