Azərbaycan Premyer Liqasında 8-ci turun daha bir oyunu keçirilib

20 Oktyabr 2019 21:59

Xəbər 418 dəfə oxunub

Futbol üzrə Azərbaycan Premyer Liqasında 8-ci turun daha bir oyunu keçirilib.Azərtac xəbər verir ki, “Neftçi” klubu “Zirə”ni qəbul edib. “Bakcell Arena”da keçirilən qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Neftçi”nin heyətində Dario Frederiko 27-ci dəqiqədə hesabı açıb.İlk hissə bu hesabla bitib. İkinci yarının əvvəlində flaqmanın hücumçusu Baqali Dabo fərqi artırıb.Fransalı oyunçu 46-cı dəqiqədə fərqlənib. Oyunun 77-ci dəqiqəsində isə Stiven Monroz 3-cü qolu rəqib qapısından keçirib. Matç “Zirə”nin yeni baş məşqçisi Zaur Həşimovun bu postda ilk rəsmi oyunu olub.Bu nəticədən sonra xallarının sayını 14-ə çatdıran “Neftçi” ikinci pilləyə yüksəlib və lider “Qarabağ”la xal fərqini azaldıb. “Zirə” isə 8 xalla beşinci yerdə qalıb.Qeyd edək ki, VIII turun ilk oyunlarında “Qarabağ” səfərdə “Qəbələ” ilə, “Sabah” isə “Keşlə” ilə 1:1 hesabı ilə heç-heçə edib.xeber100.com