Azərbaycan Premyer Liqasında I turun növbəti görüşləri keçirilib

7 Avqust 2022 18:45

Xəbər 348 dəfə oxunub

Avqustun 7-də futbol üzrə Azərbaycan Premyer Liqasında I turun növbəti görüşləri keçirilib.Şamaxı şəhər stadionunda eyniadlı komanda “Neftçi”ni qəbul edib. Baş hakim Kamal Umudlunun idarə etdiyi oyun qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb.Görüşdə hesab maçın 80-ci dəqiqəsində açılıb. Yeganə qolun müəllifi “Neftçi”nin kapitanı Emin Mahmudov olub.Günün ikinci matçında “Sabah” və “Sumqayıt” komandaları qarşılaşıb. Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.Matçda qolları 27-ci dəqiqədə Anatoli Nuriyev, 53-cü dəqiqədə Coy-Lens Mikels və əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə Kristian Sebalyos vurublar.Qeyd edək ki, tura avqustun 8-də keçiriləcək “Turan Tovuz” – “Qəbələ” görüşü ilə yekun vurulacaq.xeber100.com