Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib

20 Sentyabr 2020 14:00

Xəbər 894 dəfə oxunub

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib. “Kapital Bank Arena”da “Sumqayıt” futbol klubu Səbail”i qəbul edib.Azərtac xəbər verir ki, baş hakim Orxan Məmmədovun idarə etdiyi görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:1. Hesabı 9-cu dəqiqədə “Sumqayıt”ın gənc cinah oyunçusu Süleyman Əhmədov açıb. 21-ci dəqiqədə Rauf Əliyev “Səbail”in bərabərlik qolunu vurub. 32-ci dəqiqədə isə Əli Qurbani oyunda son nöqtəni qoyub.Bu qələbə sayəsində xalını 6-ya çatdıran “Sumqayıt” liderliyə yüksəlib.xeber100.com