Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib

19 Avqust 2023 11:21

Xəbər 324 dəfə oxunub

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib. İlk iki turda məğlub olan “Qəbələ” öz meydanında “Sumqayıt”ı qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

“Gənclik şəhəri” təmsilçisindən qolları 3-cü dəqiqədə İsa Suliman, 31-ci dəqiqədə Kamran Əliyev vurublar. Meydan sahiblərinin heyətində isə 53-cü dəqiqədə Osama Xalayla fərqlənib.

Bu qələbədən sonra xallarını 6-ya çatdıran “Sumqayıt” zirvəyə yüksəlib. Xalı olmayan “Qəbələ” isə sonuncu pillədə qərarlaşıb.

Günün digər oyununda “Səbail” “Zirə” ilə qarşılaşacaq.

Qeyd edək ki, III turun açılış oyununda “Turan Tovuz” “Kəpəz”ə 2 cavabsız qolla qalib gəlib. Tura avqustun 10-da keçiriləcək “Qarabağ” “Araz-Naxçıvan” və “Sabah” – “Neftçi” matçları ilə yekun vurulacaq.xeber100.com