Sentyabrın 12-də futbol üzrə Azərbaycan Premyer Liqasında III turun mərkəzi qarşılaşması keçirilib.Günün və turun son oyununda son çempion “Neftçi” klubu “Qarabağ” komandasını qəbul edib.“Bakcell Arena”dakı qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.“Qarabağ”ın yeni transferi İbrahima Vadji 21-ci dəqiqədə İsmayıl Zülfüqarlının səhvindən sonra hesabı açıb. Seneqallı hücumçu 45-ci dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb.İkinci hissəyə meydan sahibləri daha fəal başlayıb. “Neftçi”nin kapitanı Emin Mahmudov 47-ci dəqiqədə hesab arasındakı fərqi azalda bilib. “Ağ-qaralar” bir neçə dəfə təhlükəli qol epizodu yaratsalar da, istəklərinə çata bilməyiblər.Bu nəticədən sonra xallarının sayını 7-ə çatdıran “Qarabağ” klubu “Qəbələ” ilə birlikdə ilk iki pilləni bölüşür. “Neftçi” isə 4 xalla 5-cidir.Qeyd edək ki, günün digər matçında “Səbail” evdə “Sumqayıt”ı məğlub edib. Turun digər görüşlərində “Zirə” səfərdə “Keşlə”ni, “Qəbələ” isə “Sabah2ı 2:0 hesabı ilə üstələyib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…