Azərbaycan Premyer Liqasında ikinci dövrəyə yekun vurulub

9 Dekabr 2018 21:03

Xəbər 828 dəfə oxunub

Bu gün Azərbaycan Premyer Liqasında ikinci dövrəyə yekun vurulub.Milli.az bildirir ki, ilin son turununun bütün görüşləri eyni gündə keçirilib. Turun ilk matçında çempionatın debütantı “Sabah” öz meydanında “Keşlə”ni qəbul edib. Üç qolun vurulduğu görüş qonaqların qələbəsiylə bitib.Günün ikinci qarşılaşmasında “Qarabağ” “Zirə”nin qonağı olub. “Köhlən atlar” heç vaxt uduzmadığı “qartallar”dan 3 xal alaraq, lider “Neftçi” ilə aradakı xal fərqini azaltmağı hədəfləmişdi. Ağdam təmsilçisi bu oyunda 6 cavabsız qola sevinib.”Qəbələ” səfərdə “Səbail”lə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə qapılara qol vurulmayıb.Azərbaycan Premyer Liqasında ilin son qarşılaşmasında lider “Neftçi” öz meydanında “Sumqayıt”ı qəbul edib. Bu oyun da qolsuz başa çatıb.Bu turdan sonra Azərbaycan Premyer Liqasında iki aylıq qış fasiləsi yaranıb.xeber100.com