Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk tura yekun vurulub.Son oyun günündə bir görüş keçirilib. Doqquz illik fasilədən sonra Azərbaycan Premyer Liqasına elitaya qayıdan “Turan Tovuz” öz meydanında “Qəbələ”ni qəbul edib. Tovuz şəhər stadionunda keçirilən görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.Bu oyunda Premyer Liqada VAR sistemi ilk dəfə hakimin köməyinə çatıb. 58-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən İsnik Alimi “Qəbələ”ni hesabda önə çıxarıb. Beş dəqiqə sonra isə Rafael Utziq komandasının üstünlüyünü möhkəmləndirib – 2:0. Bu nəticədən sonra “Qəbələ” 3 xalla üçüncü pillədə qərarlaşıb. “Sabah”, “Qarabağ”, “Zirə” və “Neftçi” də eyni xala malikdir. Xalı olmayan “Turan Tovuz” isə doqquzuncu sırada qərarlaşıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…