Azərbaycan Premyer Liqasında komandaların sayı artırılacaq

2 Fevral 2022 11:07

Xəbər 456 dəfə oxunub

Futbol üzrə Azərbaycan Premyer Liqasında komandaların sayı artırılacaq.Bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov fevralın 2-də təşkil olunan mətbuat konfransında deyib.E.Məmmədov bildirib ki, hazırda ölkə çempionatında 8 komanda birincilik uğrunda mübarizə aparır. 2022-2023-cü il mövsümündə Premyer Liqada komandaların sayı 10-na artırılacaq. Bu yarışın daha maraqlı və həyəcanlı keçməsinə səbəb olacaq.Konfransda AFFA-nın maliyyə və mühasibatlıq departamentinin rəisi Xalid Cavadov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, müstəqil auditor Elnur Kazımov, “Avro-2020″nin irsi” mövzusunda Kamran Vəliyev, “Futbolun İnkişafı Fondu” ilə bağlı təqdimatla Tural Piriyev, VAR sistemi ilə bağlı Fritz Stuçlik, UEFA-nın nümayəndəsi Jozef Kliment və FIFA-nın əməkdaşı Nodar Axalkatsinin çıxışı nəzərdə tutulub.Sonda könüllülərə sertifikatlar təqdim olunacaq.xeber100.com