Azərbaycan Premyer Liqasında 2021/2022-ci il mövsümünün ilk hissəsi başa çatıb. “Qəbələ” mövsümün arxada qalan ilk iki dövrəsində 14 matça çıxıb.Azərtac xəbər verir ki, baş məşqçi Elmar Baxşıyev bu qarşılaşmalarda 19 futbolçuya şans verib. Altı oyunçu 14 görüşün hamısında iştirak edib. Bunlar İsnik Alimi, Nicat Mehbalıyev, Ruan Renato, Urfan Abbasov, Rövlan Muradov və Ülvi İsgəndərovdur. Onlardan ikisi – İ.Alimi və N.Mehbalıyev bu görüşləri əvəzolunmadan keçirib. Bu cütlük 1260 dəqiqə meydanda olub. On doqquz futbolçudan 13-ü matçların yarıdan çoxunda – ən azı 8 qarşılaşmada iştirak edib.Mövsümün ilk hissəsində “Qəbələ”nin 11 futbolçusu qol vurub. “Qırmızı-qaralar”ın ən yaxşı bombardiri Ü.İsgəndərovdur. O, rəqib qapılarına 5 dəfə yol tapıb.İ.Alimi və Rafael Utziq hərəyə 4 qola imza atıb. İ.Alimi qollarından ikisini penaltidən vurub. Rövlan Muradov və Yaovi Akakponun hərəsinin 2 qolu var. Altı oyunçu hərəyə 1 dəfə fərqlənib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…