Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ilk hissəsinə yekun vurulub. İlin və XVIII turun sonuncu oyununda “Zirə” klubu “Kəpəz”i qəbul edib. Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. “Zirə”nin heyətində Rəhim Sadıxov və Sertan Taşkın fərqləniblər. Gəncə təmsilçisinin qollarını isə Fərid Nəbiyev və Nicat Süleymanov vurublar. Matçda 4 qırmızı vərəqə də göstərilib. 18-ci dəqiqədə “Zirə”dən Coşqun Diniyev, 4 dəqiqə sonra onun komanda yoldaşı Nemanya Ancelkoviç meydandan qovulub. 57-ci dəqiqədə “Kəpəz”in heyətində Elçin Əlicanov, 90+1-ci dəqiqədə isə Giorgi Kantariya eyni halla üzləşib.
Qeyd edək ki, turun əvvəlki matçlarında “Neftçi” evdə “Şamaxı”nı 3:0, “Sabah” səfərdə “Sumqayıt”ı 6:0, “Qarabağ” “Səbail”i 3:0 hesabı ilə məğlub edib, “Qəbələ” isə öz meydanında “Turan Tovuz”la qolsuz sülhə razılaşıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…