Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib

3 Oktyabr 2022 10:46

Xəbər 302 dəfə oxunub

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.Günün ilk matçında “Şamaxı” “Sabah”ı qəbul edib.Şamaxı şəhər stadionundakı qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə bitib – 1:0.Qələbə sayəsində xallarının sayını 19-a çatdıran “Sabah” ikinci pilləyə yüksəlib. Meydan sahibləri 2 xalla 10-cu sırada qalıb.Qeyd edək ki, günün digər görüşündə “Sumqayıt” “Kəpəz”lə üz-üzə gəlib. Turun əvvəlki oyunlarında “Qəbələ” səfərdə “Səbail”i 2:1, “Zirə” “Turan Tovuz”u 3:1, “Qarabağ” isə evdə “Neftçi”ni 3:1 hesabı ilə üstələyib.xeber100.com