Noyabrın 3-də futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib.Azərtac xəbər verir ki, günün ilk matçında “Zirə” komandası “Sumqayıt”ı qəbul edib. Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma 2:2 hesabı ilə bitib.Görüşdə ilk qol 3-cü dəqiqədə vurulub. “Zirə”nin heyətində Mfo Kqasvane fərqlənib. Qonaqlar 30-cu dəqiqədə hesabı bərabərləşdiriblər. Peyman Babayi penalti zərbəsini dəqiq yerinə yetirib. “Sumqayıt” ilk hissənin sonlarında üstün oyun sərgiləsə də, hesabda önə keçə bilməyib. Birinci hissə bu hesabla yekunlaşıb.Görüşün 58-ci dəqiqəsində paytaxt təmsilçisinin yeni transferi Riçard Qadze “Zirə”ni yenidən hesabda önə keçirib. Oyunun 82-ci dəqiqəsində isə “Sumqayıt”dan Əmir Ağayev bərabərlik qolunun müəllifi olub.Bu nəticədən sonra “Zirə” 10-cu xalını qazanıb və 6-cı yerdə qalıb. “Sumqayıt” isə 11 xalla 4-5-ci yerləri bölüşdürür.Qeyd edək ki, X tura bu gün keçiriləcək “Qəbələ” – “Sabah” matçı ilə yekun vurulacaq. Turun ilk 2 matçında qapılara qol vurulmayıb. “Neftçi” – “Qarabağ” və “Səbail” – “Keşlə” oyunlarında hesab açılmayıb – 0:0.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…