Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib

27 Noyabr 2021 15:27

Xəbər 377 dəfə oxunub

Noyabrın 27-də futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.Turun ikinci oyununda “Neftçi” klubu “Səbail” komandasını qəbul edib.”Bakcell Arena”dakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Ağ-qaralar”ın qolunu 52-ci dəqiqədə Vüsal Əsgərov vurub.”Neftçi”nin heyətində sarı vərəqə görən Mert Çelik cəzalı duruma düşüb. Dördüncü xəbərdarlığı alan müdafiəçi XIII turda “Sumqayıt”la ev matçını buraxmalı olacaq.Bu nəticədən sonra xallarının sayını 20-yə çatdıran hazırkı ölkə çempionu üçüncü pilləyə yüksəlib. “Dənizçilər” isə 9 xalla sonuncu – 8-ci pillədə qərarlaşıb.Qeyd edək ki, günün ilk oyununda “Sabah” evdə “Keşlə”ni məğlub edib – 2:1. Turun digər 2 görüşü noyabrın 28-i və 29-da oynanılacaq. Müvafiq olaraq, “Sumqayıt” klubu “Zirə”ni, “Qəbələ” isə “Qarabağ”ı qəbul edəcək.xeber100.com