Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib

13 Noyabr 2022 13:59

Xəbər 343 dəfə oxunub

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.”Neftçi” “Bakcell Arena”da “Qəbələ”ni qəbul edib. Görüş “ağ-qaralar”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.Matçda qolları Kenni Sayef (24) və Rəhman Hacıyev (76) vurublar.Bu qələbədən sonra xallarını 29-a çatdıran “Neftçi” 3-cü pillədəki mövqeyini qoruyub. “Qəbələ” isə 20 xalla 5-ci sırada qərarlaşıb.Qeyd edək ki, turun əvvəlki matçlarında “Şamaxı” evdə “Sumqayıt”ı 4:2, “Zirə” isə “Səbail”i 1:0 hesabı ilə məğlub edib. Tura noyabrın 13-də keçiriləcək “Kəpəz” – “Turan Tovuz” və “Sabah” – “Qarabağ” oyunları ilə yekun vurulacaq.xeber100.com