Azərbaycan Premyer Liqasında XV tura start verilib

13 Fevral 2021 19:02

Xəbər 661 dəfə oxunub

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start verilib.Azərtac xəbər verir ki, XV turun açılış matçında “Sumqayıt” və “Səbail” klubları üz-üzə gəliblər.”Kapital Bank Arena”da keçirilmiş görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 3:0.İlk topu 26-cı dəqiqədə Murad Xaçayev vurub. Bundan 7 dəqiqə sonra Tellur Mütəllimov baxımlı qola imza atıb.Görüşün 55-ci dəqiqəsində Peyman Keşavarzi qırmızı vərəqə alaraq qonaq komandanı azlıqda qoyub. Oyunda son nöqtəni isə 83-cü dəqiqədə penaltidən Əli Qurbani qoyub.”Səbail” oyunu 9 nəfərlə başa vurub. Görüşün 90-ci dəqiqədə Kamran Ağayev kobud oyuna görə qırmızı vərəqə alıb. Bu vaxt qonaqlar hər 3 oyunçu dəyişikliyindən istifadə etdiyi üçün qapıya müdafiəçi Adil Nağıyev keçib.Bu qələbə sayəsində “Sumqayıt” xallarının sayını 22-yə çatdırsa da, 4-cü pillədə qalıb. “Səbail” isə 13 xalla 6-cıdır.xeber100.com