Azərbaycan Premyer Liqasında XV turuna start verilir

7 Fevral 2022 11:44

Xəbər 270 dəfə oxunub

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV turuna start verilir.2021-2022-ci il mövsümünün ikinci yarısı XV turun iki oyunu ilə start götürəcək.Turun açılış matçında “Keşlə” klubu “Zirə”ni qəbul edəcək. “ASK Arena”da İnqilab Məmmədovun idarə edəcəyi görüş saat 16:00-da başlayacaq. Hazırda meydan sahibləri 14 xalla 6-cı, qonaqlar isə 22 xalla 4-cü pillədə qərarlaşıblar.Komandalar indiyədək ölkə çempionatında 25 dəfə üz-üzə gəliblər. Bunların 6-da “Keşlə”, 9-da “Zirə” qələbə qazanıb. On oyunda isə qalib müəyyənləşməyib. Topların nisbəti də “qartallar”ın xeyrinədir – 32:27. “Zirə” son 6 oyunda uduzmayıb. “Keşlə” isə üç matçdır rəqiblərinə qol vura bilmir.Günün ikinci oyunu Azərbaycan derbisi ilə əlamətdar olacaq. Turun mərkəzi qarşılaşmasında 33 xalla turnir cədvəlinə başçılıq edən “Qarabağ” və 22 xalla 3-cü sırada yer alan “Neftçi” münasibətlərinə aydınlıq gətirəcək. Tofiq Bəhramov adına Respublika Stadionundakı matç saat 19:00-da başlayacaq. Görüşü Kamal Umudlu idarə edəcək.Ağdam klubunda zədəlilər Xayme Romero və Şahruddin Məhəmmədəliyevlə yanaşı, cəzalı olan Patrik Andrade də vacib oyunu buraxacaq. Paytaxt təmsilçisində isə yeganə itki qapıçı Aqil Məmmədovdur.Bu, komandaların Premyer Liqadakı 86-cı dueli olacaq. İndiyədək baş tutmuş 85 qarşılaşmada “köhlən atlar” rəqibini 32 dəfə məğlub edib. 23 oyun “ağ-qaralar”ın xeyrinə başa çatıbsa, 30 oyun heç-heçə ilə yekunlaşıb. “Qarabağ”ın vurduğu 98 qola “Neftçi” 77 topla cavab verib. Son 6 matçda bərabərlik qeydə alınmayıb. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv son iki oyunda rəqibinə qalib gəlib.Turun digər iki qarşılaşması – “Sabah” – “Qəbələ” və “Səbail” – “Sumqayıt” fevralın 8-də baş tutacaq.On dörd turdan sonra turnir cədvəlinə 33 xalla “Qarabağ” klubu başçılıq edir. İyirmi altı xal toplayan olan “Qəbələ” ikinci, 22 xalları olan “Neftçi” və “Zirə” klubları isə 3-4-cü yerləri bölüşürlər. Digər pillələrdə müvafiq olaraq “Sabah” (17), “Keşlə” (14), “Sumqayıt” (12) və “Səbail” (10) klubları qərarlaşıblar.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02