Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub.Azərtac xəbər verir ki, turun son oyununda “Neftçi” klubu “Zirə”ni qəbul edib. “Bakcell Arena”dakı qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.Görüşdə bütün qollar ikinci hissədə vurulub. Matçın 47-ci dəqiqəsində çempionatın bombardiri Namik Ələskərov hesabı açıb. Oyunun 74-cü dəqiqəsində Mirabdulla Abbasov ikinci topu rəqibin qapısından keçirib. Cəmi 3 dəqiqə sonra Ələskərov dubl edib. Bu, onun Premyer Liqada 16-cı qolu olub. Son nöqtəni isə matçın əsas vaxtına əlavə olunmuş sonuncu – 2-ci dəqiqədə Stiven Jozef-Monroz qoyub.Bu nəticə ilə “Neftçi” xallarını 46-ya çatdıraraq lider “Qarabağ”la fərqi minimuma endirib. “Zirə” isə 32 xalla 4-cü pillədə qalıb.Qeyd edək ki, günün ilk matçında “Keşlə” evdə “Sabah”la qolsuz bərabərliyə razılaşıb. İlk oyun günündə “Qarabağ” səfərdə “Səbail”lə 1:1 hesablı heç-heçə edib. “Sumqayıt” isə doğma meydanda “Qəbələ”yə 2 cavabsız qolla qalib gəlib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…